Xəzər rayonu, Şağan qəsəbəsində 44 günlük Vətən müharibəsi şəhidi Allahverdi Allahverdiyev Əli oğlunun adına olan bulaq rayonun İcra Hakimiyyəti tərəfindən qəfil sökülüb.
Bu barədə Demokrat.az-a rayon sakinləri məlumat veriblər.
Sakinlər bildiriblər ki, icra nümayəndələri bütün xahişlərə rəğmən şəhidin adına olan bulağı sökmək fikrindən daşınmayıblar.
Şəhidimizin ailəsi İcra Hakimiyyətinin bu qərarına etiraz etsə də, ancaq nəticəsi olmayıb.


Məsələ ilə bağlı Xəzər rayon İcra Hakimiyyətindən sualımıza cavab vermək istəməyiblər.

Həsən Demokrat.az


