Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza ilə bağlı xəttə suyun verilməsi dayandırılıb, yollardan su çəkilib.
“Report”un məlumatına görə, hadisə yerində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, “Azərsu” ASC-nin və Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları çalışır.
Hazırda ərazidə su qalmayıb və ərazinin təmizlənməsi işləri aparılır.
08:40 Bakıda magistral su xətti partlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə redaksiyamıza ərazidə yaşayan vətəndaşlar tərəfindən məlumat verilib.
Hadisənin paytaxtın Yasamal rayonu ərazisində baş verdiyi deyilir. Əhaliyə içməli suyun verilişi dayandırılıb.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, hadisə Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində qeydə alınıb:
“Yeni Yasamal massivinin Əsəd Əhmədov küçəsindən keçən magistral su xətti partlayıb. Qəza nəticəsində xəttə suyun verilişi dayandırılıb. Hazırda qəza briqadaları əraziyə cəlb olunub, əhaliyə suyun verilişi dayandırılıb. Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür”.
Görüntüləri təqdim edirik:





