25 oktyabr 2022-ci il tarixdə Salyan rayon Olimpiya İdman Kompleksində Salyan rayon Polis Şöbəsi və Salyan rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə bədən tərbiyyəsi və idmanın təbliği, idmanın kütləviliyinə nail olmaq, gənclərin idmana marağının artırılması məqsədi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin "Sağlam bədəndə sağlam ruh" devizi altında kross qaçışı və gimnastika idman növü üzrə respublika yarışlarının Salyan rayon mərhələsi keçirilmişdir.
Tədbirdə Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları Polis Polkovnik-Leytenantı Zaur Məcidov, Əməkdar məşqçi, Polis Mayoru Aydın Həşimov, Salyan rayon Polis Şöbəsi əməkdaşı Əyyub Əliyev iştirak etmişdir. İlk öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş 44 günlük Vətən Müharibəsi Şəhidlərinin Əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov bildirdi ki, idman insanın bədənini möhkəmləndirir və xəstəliklərə qarşı müqavimətini artırır.İdmançılarımız istər idman arenalarında, istərsə də döyüş meydanında hər zaman düşmənə güclü rəqibdirlər.44 günlük Vətən müharibəsində də idmançılarımız böyük şücaət göstərmişdilər.Bədnam qonşularımız idman arenalarında bizim idmançıları özlərinə həmişə "arzuolunmaz" rəqib sayırlar.
Sonra çıxış edən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları Polis Polkovnik-Leytenantı Zaur Məcidov bildirdi ki, idman insan həyatında önəmlidir. Sağlam bədəndə sağlam ruh olar. İdman sağlamlıqdır. Sağlam həyat sağlam idmanın nəticəsidir.
Yarışda ərazi polis orqanında qeydiyyatdan keçmiş gənclər iştirak etmişdir. Yarışların proqramına müəyyən olunmuş marşrut üzrə 3000 m. məsafəyə kross qaçışı və gimnastika hərəkəti daxil olmuşdur.Sonda hər bir idman normativi üzrə qaliblər müəyyən olunmuşdur. Gimnastika hərəkətləri (turnikdə dartınma) üzrə III yeri Piriyev Yunis Yusif oğlu, II yeri Həsənzadə Mircamal Əvəz oğlu, I yeri isə Muradov Rəvan Şaiq oğlu qazandı.3000 m. məsafəyə kross qaçışında III yeri Xudiyev Rəşadət Razim oğlu, II yeri Niftiyev Səbuhi Azad oğlu, I yeri isə Piriyev Yunis Yusif oğlu qazandı. Hər bir idman növü üzrə yerləri tutan iştirakçılar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin diplom, medal və qiymətli hədiyyələrlə təltif olunmuşdur. 










