“İran daxilindəki gərginliyi bu cür süni yollarla hədəfi çaşdırmağa çalışır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib. Politoloqun sözlərinə görə, İran daxili ictimai rəydə hədəfi çaşdırmaq, süni düşmən obrazlarrı yaratmaqla ən azından yenidən toplumu dövlət ətrafında toparlamaq istəyir, bununla da, dövlətdə siyasi və dini rejimin tamamilə məhv olmasının qarşısını almaq istəyir.
“Bu gün İranın buna ehtiyacı var və əslində Azərbaycan,Türkiyə, İsrail, hətta ABŞ kimi süni düşmən obrazlarının yaradılması da məhz bu əsas niyyətə xidmət edir. Əlbəttə, bu, böyük bir planın tərkib hissəsidir. Bu planın önündə antiTürkiyə, Azərbaycan-Türkiyə qardaşlığı, müttəfiqliyi durur. Qlobal səviyyədə bilirsiniz ki, artıq Qərb dünyası, başda da ABŞ və Fransa olmaqla antiƏrdoğan, antitürk hücumuna keçiblər. 2023-cü il Türkiyədəki prezident seçkiləri öncəsi Türkiyənin bütün geosiyasi nailiyyətlərinin üstündən xətt çəkməklə, çətin vəziyyətə salmaq və Ərdoğanı hakimiyyətdən düşürməklə, bütövlükdə özlərinin geosiyasi istəklərinə nail olmaq istəyirlər. Bu gün Qərb dünyasının qarşısında ən böyük əngəl böyüyən güclənən Ərdoğan amilidir. Türkiyə ilə bağlı bəzi zəncirlər də var. Bu, əslində böyük mənzərənin həlqələridir ki, Türk dünyasının yenidən toparlanır. Bu xüsus da əlbəttə ki, Türkiyə ilə müttəfiq olan, yenidən toparlanmaq istəyən və dünyada yeni bir güc mərkəzinə çevrilmək istəyən Türk dünyası da zərər göndərməkdədir. Bu xüsus da Azərbaycan da zərər görür”. 
Aynurə Demokrat.az


