Sosial media

“WhatsApp”da yaranmış problem aradan qalxdı — YENİLƏNİB (FOTO)

“WhatsApp”da yaranmış problem aradan qalxdı — YENİLƏNİB (FOTO)

“WhatsApp” tətbiqinin fəaliyyətində müşahidə olunan problemlər aradan qalxıb.

Hazırda müəyyən ləngimələr müşahidə olunsa da, tətbiq fəaliyyətini bərpa edib.

12:15 Hal-hazırda “WhatsApp” tətbiqinin fəaliyyətində problemlər mövcuddur.

Demokrat.az Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir ki, tətbiqin fəaliyyətində yaranmış problem təkcə Azərbaycan Respublikası ərazisində deyil, qlobal səviyyədə müşahidə edilir.

"“WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti tərəfindən verilmiş açıqlamaya əsasən, şirkət tətbiqin fəaliyyətinin bərpa olunması üzərində çalışır", - açıqlamada deyilir.

11:34 “Meta” şirkətinə məxsus olan vatsap mesencerinin fəaliyyətində problem yaşanıb.

Demokrat.az xəbər verir ki, hazırda istifadəçilər mesencer vasitəsilə mesaj göndərə bilmirlər.

Azərbaycanla yanaşı, dünyanın əksər ölkələrində də istifadəçilər mesencerdə mesaj göndərməyin mümkün olmadığından şikayətlənirlər. Hələlik şirkət bununla bağlı rəsmi açıqlama yaymayıb.

“WhatsApp”da yaranmış problem aradan qalxdı — YENİLƏNİB (FOTO)

D
demokrat.az