24 oktyabr Salyan rayonunun Vətən Müharibəsi Şəhidi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri Sultan Mikayıl oğlu İbrahimovun şəhadətə ucaldığı gündür.
Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov və Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşları , Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının sədri Elmar Əhmədov , Azərpoçt MMC-nin Salyan filialının rəisi Əliağa Mustafayev , Salyan rayon Statistika İdarəsinin rəisi Elnur Hüseynov , şəhidin ailə üzvləri , yaxınları Salyan şəhəri Şəhidlər Xiyabanında Vətən Müharibəsi Şəhidi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri Sultan Mikayıl oğlu İbrahimovun məzarını ziyarət etmiş, məzarı önünə gül dəstələri qoymuş , ruhuna dualar oxumuşlar.
Allah Şəhidlərimizə rəhmət etsin ! 






