Abşeron rayonunda Vətən müharibəsində döyüşərək şəhidlik zirvəsinə ucalan, Ramid Hacıyev, Elşən Müslümov, Cavid Həsənov, Rəşad Mehdiyev, Səxavət Abbasov, Rəhim Hüseynov, Rüstəm Turabov, Anar İsgəndərov, Ruhin Xəlilov, İlqar Vəliyev, Fuad Haşımov, Mənsur Əhmədov, İmaməli Hüseynov anım günlərində yad edilib.
Demokrat.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilərlə birgə şəhidlərimizin məzarlarını ziyarət edib, qəhrəmanlarımız ehtiramla anılaraq ruhlarına dualar oxunub.
Anım günlərində Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi tarixi qələbədən, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən misilsiz abadlıq-quruculuq işlərindən danışılıb, ölkə rəhbəri tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən böyük diqqət və qayğıdan söz açılıb.
RİH-nin başçısı Abdin Fərzəliyev şəhid ailələrinin yaşadığı evlərə gedərək ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanaraq şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, daim yaşadılması istiqamətində müxtəlif tədbirlər həyata keçirildiyini, o cümlədən Xırdalan şəhərində Vətən mühariəsi şəhidlərinə həsr edilmiş Xatirə Kompleksinin inşa edildiyini vurğulayıb.
RİH-nin başçısı Abdin Fərzəliyev o cümlədən, şəhid Samir Muradovun anım günündə Siyəzən rayonunda yaşayan ailəsini də ziyarət edib, onların qayğıları ilə maraqlanıb. 






