Hadisə

Sabirabadda avtomobil qadın piyadanı vuraraq öldürdü

Sabirabadda avtomobil qadın piyadanı vuraraq öldürdü

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, rayonun Muğan prospektində yolu keçmək istəyən qadını avtomobil vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib. Piyadanın şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az