Gündəm

Ərdoğan hicab məsələsinin referenduma çıxarılmasını təklif etdi

Ərdoğan hicab məsələsinin referenduma çıxarılmasını təklif etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qadınların hicab taxmaq hüququnun ölkə konstitusiyasında təsbit edilməsi məsələsini ümumxalq səsverməsinə çıxarmağı təklif edib.

Prezident bu barədə Malatya şəhərindəki çıxışı zamanı bəyan edib.

“Gəlin, bu məsələni referenduma çıxaraq, xalq qərar versin”, – Ərdoğan bildirib.

Qeyd edək ki, bundan əvvəl Ərdoğan əsas qanunda qadınların müsəlman atributlarını geyinmək hüququnu təmin edən dəyişikliklərin hazırlanmasını təklif edib.

D
demokrat.az