Sabah Bərdə Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi, gizir Xudayar Yusifzadənin anım mərasimi keçiriləcək.
Bu barədə Demokrat.az-a açıqlamasında Xudayar Yusifzadənin qardaşı Məhəmməd Yusifzadə məlumat verib. O qeyd edib ki, sabah saat 10-da Şəhidlər xiyabanında baş tutacaq anım mərasimində rayon rəhbərliyi, şəhidin yaxınları və rayon camaatı iştirak edəcək.
“Ötən il mərasimdə 10 mindən çox insan iştirak etmişdi. Allah bütün şəhidlərimizin məkanını cənnət etsin! Elə ağır hisslərdir ki, onu danışmaq, dilə gətirmək olmur!”.
Aynurə Demokrat.az


