Gəncədə baş verən müəmmalı ölüm hadisəsinin təfərrüatları bəlli olub.
Demokrat.az xəbər verir ki, aylar öncə tək yaşadığı evində FHN-nin əməkdaşları tərəfindən ölü tapılan Hicran Əliyarova adlı qadının qardaşı canlı yayımda maraqlı etiraflar edib. Belə ki, mərhumənin doğma qardaşı Əfqan Space Tv-də "Gəl, danış" verilişində sonuncunun ölüm səbəbinin araşdırlmasında gizli məqamlardan danışıb. O, bildirib ki, Hicranın ölüm səbəbinin araşdırılmasının qarşısını Məriyəm adlı digər doğma bacısı alıb. Yəni meyidin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsində müayindən keçirilməsinə qarşı çıxıb. Verilişdə çıxış edən vəkillər isə bu müayinənin mütləq keçirilməli olduğunu xüsusi olaraq qeyd ediblər. "Müəmmalı ölüm hadisəsi baş verirsə qeyri-şərtsiz meyid yarılmalı və ölüm səbəbi üzə çıxmalıdır. Özüdə tək yaşayan qadın olub"- deyə vəkil qeyd edib. Daha sonra aparıcı Amil Xəlil adı çəkilən qadından da müsahibə alıb. Məriyəm xanım iddiaları rədd edib, illərlə küsülü olduğu bacısının evinin açarlarının onun dəyişdirilməsində də aydınlıq gətirib. "Biz küsülü olsaqda bir-birimizi çox istəmişik. Qardaşım aranı qatır. Meyidin müayinə olunmasına ehtiyac yox idi. O, ürək tutmasından vəfat edib. Bacınızın ölüm səbəbi üçün eksqumasiya olunmasına razısınızmı?" sualına Məriyəm xanım tam olaraq qarşı çıxıb. Həmin anları təqdim edirik. Qeyd edək ki, hadisə Gəncə şəhərində baş verib. 61 yaşlı Hicran Əliyarovanın meyidi tək yaşadığı evində FHN tərəfindən aşkarlanıb.


