"Mançester Yunayted"in superulduzu Kriştiano Ronaldo cəzalandırılıb.
Demokrat.az Britaniya mediasına istinadən xəbər verir ki, Ronaldo İngiltərə Premyer liqasının növbəti turunda "Çelsi"yə qarşı oyunda heyətə daxil edilməyəcək.
Bu barədə qərarı "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Hag verib.
Belə ki, portuqaliyalı forvard "Tottenhem"lə son tur qarşılaşmasında meydana çıxmaqdan imtina edib, həmçinin oyun bitməmiş meydanı tərk edib.
Zaur Demokrat.az


