Sosial Özəl

Həkim: "Zavallı valideyn boğazından kəsib repetitora verir, uşağın sağlamlığı da..."

Həkim: Zavallı valideyn boğazından kəsib repetitora verir, uşağın sağlamlığı da...

"Hər il oktyabr və may aylarında valideynlərin məktəbli uşaqlarla bağlı şikayətləri çoxalır. 14 yaşı var, arterial təzyiqi yüksəkdir, gündüz 1-də dərsdən gəlir,sonra gedir hazırlıqlara, axşam 7-8-də evə qayıdır. Sonra gecə 2-3-ə kimi dərs hazırlayır,.səhər 7-də də oyanır.Tanış mənzərədi? Məncə,hə!Əksər ailələrdə belədir"

Demokrat.az bildirir ki, bu fikirləri pediatr Vaqif Qarayev qeyd edib. O, paylaşımında qeyd edib ki, uşaqların yaxşı oxuması üçün sağlamlıqları yerində olmalıdır:

"Müəllimlərin sertifikasiya imtahanı. Kim üçün yoxlayırsınız müəllimləri? Əgər uşaq başqa müəllimin yanına gedirsə, imtahan nəyə lazımdı?

Siz Allah "repetitor bütün ölkələrdə var" nağılı ilə bizi ələ salmayın. Hansı ölkədə repetitor yanına belə kütləvi axın var?Hələ ibtidai sinif şagirdlərinin hazırlıq kurslarından danışmıram. Hansı ölkədə uşaq məktəbdə bismillah eləməmiş hazırlığa gedir?

Təhsil sağlamlığın hesabına olmamalıdır! Uşaq sağlam olmalıdır ki, yaxşı oxusun! Zavallı valideyn boğazından kəsib repetitora verir, uşağın sağlamlığı da belə!"

Leyla Demokrat.az

D
demokrat.az