Pakistanın maliyyə naziri İshaq Dar ölkəsinin Rusiyadan Hindistana verilən nisbətdə yanacaq almağa hazır olduğunu bildirib.
Demokrat.az-ın NDTV-yə istinadən xəbərinə görə, yeni təyin olunmuş nazir Dar ABŞ-a rəsmi səfəri zamanı jurnalistlərə açıqlamalar verib.
Vaşinqtonda olduğu 4 gün ərzində beynəlxalq maliyyə qurumları, ABŞ, Səudiyyə Ərəbistanı və digər dövlətlərin rəhbərləri ilə 58 görüş keçirdiyini bildirən Dar, ölkəsinin Rusiyadan Hindistana verdiyi məzənnə ilə yanacaq almağa hazır olduğunu bildirib.
Nazir Dar ümid edib ki, daşqınların yaratdığı problemlərlə üzləşən Pakistanın güzəştli yanacaq idxal etməsinə Qərb etiraz etməz.
Jalə Demokrat.az


