Demokrat.az Kulis.az-a istinadən xanəndə, Əməkdar artist Gülüstan Əliyeva haqqında maraqlı faktları təqdim edir.
Gülüstan Həsən qızı Əliyeva 8 aprel 1967-ci ildə Yevlaxda doğulub. Kiçik yaşlarından atası onu və bacılarını musiqiyə cəlb edir. Yevlaxda orta məktəbdə oxuyanda atası onu, bacılarını musiqiyə cəlb eləyir. O, "Pionerlər evi"ndə musiqi təhsili alır.
***
1981-ci ildə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsində üç turun üçündən də əla qiymət alıb müsabiqənin qalibi olan Gülüstan 1982-ci ildə Yevlaxdan Bakıya-Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə təhsil almağa göndərilib. İslam Rzayevdən muğamın sirlərini öyrənib. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirib. Elə həmin il Dövlət Konservatoriyasında açılan muğam sinfinin ilk tələbəsi və ilk məzunu olub. 
***
Müğənninin ilk debüt mahnısı “Sona bülbüllər” olur. Xanəndənin ən böyük arzusu Akademik Opera və Balet teatrının afişalarında öz adını görmək olur.
***
1997-ci ildə onun bu arzusu gerçəkləşir. O, Akademik Opera və Balet teatrının solisti kimi fəaliyyətə başlayır. İlk dəfə "Leyli və Məcnun" operasında Məcnunun anası rolunu oynayıb. "Leyli və Məcnun"da Leyli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Arşın mal alan"da Cahan, "O olmasın, bu olsun"da Sənəm, "Natəvan"da xanəndə qız obrazlarını yaradıb. Milli Konservatoriyanın və İncəsənət Gimnaziyasının müəllimidir. 
***
1991-ci ildə cütlük ailə qurandan on ay sonra onların Rüfət adlı oğlu dünyaya gəlir. Rüfət iki aylıq olanda, Zahid Birinci Qarabağ müharibəsinə yollanır və döyüşlərin birində o, minaya düşərək ağır vəziyyətdə yaralanır. Onu xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmur. Xanəndə özü həmin günlər haqda deyir: 
***
Oğlu ilə təkbaşına qalan Gülüstan xanım Cəbrayıl işğal olunana qədər orada evlərində yaşayır. Oğlu barədə xanəndə belə deyir:
“Mənim bu həyatda qalmağımın səbəbkarı, məni ayaqda tutan, bu qədər güclü olmağa sövq edən, güclü göstərən, bu gün də mənim arxam, dayağım, sirdaşım, dostum – oğlumdur. O, kiçik olanda da həmişə dərdləşirdik. Balaca olsa da, mənə dost idi”. 
***
Cəbrayıl işğaldan azad olunandan sonra müğənni 30 il sonra həyat yoldaşının qəbrini ziyarət edir: 
***
Hazırda Milli Konservatoriyanın və İncəsənət Gimnaziyasının müəllimi olan Gülüstan Əliyeva 2005-ci ildə Əməkdar artist adına layiq görülüb.


