Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində növbəti görüşlərini keçirib.
Buhaqda Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Bildirilib ki, 37 yaşlı qrossmeyster 13-cü turda Nodirbek Abdusattorova uduzub. Növbəti raundda isveçli Nils Qrandeliusdan üstün olan Məmmədyarov 15-ci turda ABŞ təmsilçisi Deniel Naroditski ilə sülh bağlayıb.
Bu nəticələrdən sonra xallarını 27-yə çatdıran Azərbaycan şahmatçısı ikinci yerin sahibi kimi pley-offa vəsiqə qazanıb. Qeyd edək ki, 1/4 finalda şahmatçımız Nodirbek Abdusattorova qarşı mübarizə aparacaq.
Rza Demokrat.az


