“Bu gün ölkəmizdə sənədləri olmayan uşaqların təhsil müəssisələrinə yerləşdirilməsində ciddi problemlər var. Hesab edirəm ki, bütün hallarda bu şəxslərin təhsildən uzaq qalmaması üçün mütləq müəyyən tədbirlər görülməlidir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputat hesab edir ki, bu məsələdə dövlət qurumları da ciddi məsuliyyət daşıyırlar.
“Çünki tədris, təlim-tərbiyə uzunmüddətli bir prosesdir. Gənclərin belə təhsildən kənarda qalması, onların gələcəkdə bilik və savadlı, layiqli vətəndaş kimi yetişmələrinə öz mənfi təsirini birmənalı olaraq göstərir. Ona görə də, bu məsələyə çox həssas yanaşılmalıdır. Ən azından o sənədlər həllini tapana kimi uşaqların təhsildən kənarda qalmaması üçün mütləq zəruri, vacib addımlar atılmalıdır. Hesab edirəm ki, bu uşaqların günahı yoxdur. Biz elə addım atmalıyıq ki, belə problemlər qarşılaşmayaq. Bu gənclər də təhsil, təlim-tərbiyədən uzaqda qalmasın”.
Aynurə Demokrat.az


