Gündəm

Sabirabadda şəhid Ağayev Ramilin anım mərasimi keçirildi — FOTOLAR

Sabirabadda şəhid Ağayev Ramilin anım mərasimi keçirildi — FOTOLAR

Xalqımızın düşmən üzərində qələbə qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn, Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunan şəhid Ağayev Ramil Ağarəhim oğlunun Sabirabad rayonunda keçirilən anım mərasimində Abşeron RİH-nin məsul əməkdaşları da iştirak edib.

Anım mərasimində şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətlərdən danışılıb, ruhuna dualar oxunub.

Qeyd edək ki, Ramil Ağayev işgüzarlığı, bacarığı, bilik və savadı sayəsində kollektiv arasında böyük hörmət və nüfuz qazanmışdır. Vətən Müharibəsi başlanarkən Ramil könüllü olaraq canı qədər sevdiyi vətənin müdafiəsinə qalxıb. Döyüşlərə Füzuli istiqamətindən başlayan Ramil düşmənin qurduğu istehkamların yarılmasında, canlı qüvvəsinin məhv edilməsində, yaralı yoldaşlarının döyüş meydanından çıxarılmasında igidlik və qəhrəmanlıq göstərib. Ramil 13 oktyabr 2020-ci ildə Hadrut uğrunda gedən şiddətli döyüşlərdə ağır yaralanaraq şəhidlik məqamına yüksəlib.

Sabirabadda şəhid Ağayev Ramilin anım mərasimi keçirildi — FOTOLAR
Sabirabadda şəhid Ağayev Ramilin anım mərasimi keçirildi — FOTOLAR

D
demokrat.az