"Atam ağır vəziyyətdədir".
Demokrat.az xəbər verir ki, bu haqda Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) qızı Aygün Abdullayeva ATV telekanalında "Günün sədası" proqramında deyib. Xanəndənin qızı əlavə edib ki, xanəndənin ürəyində və qaraciyərində ciddi problem var və böyrəklərindən biri işləmir:
"Ürəyinin isə yalnız 30 faizi fəaliyyət göstərir. Həkimlərimiz sağolsun hər şeyi ediblər. Ancaq hər şey Allahdan gəlir. Həkimlərimiz belə acizdir. Atamın ayağının baş barmağında qanqrena başladığı üçün amputasiya olundu. Əvvəldən şəkər xəstəsi olub, sonradan isə bu qanqeraya çevrildi”.
Aynurə Demokrat.az


