Siyasət

Əliyevin Orta Asiyaya səfəri nədən xəbər verir? — TƏFƏRRÜAT

Əliyevin Orta Asiyaya səfəri nədən xəbər verir? — TƏFƏRRÜAT

“Son iki ildə Azərbaycanla Orta Asiya ölkələri arasında davamlı proseslərin getdiyini görürük. 2020-ci ilin Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyə tandeminin meydana çıxması Orta Asiya ölkələri üçün çox vacibdir. Bir çox Mərkəzi Asiya ölkələri hazırda alternativ inkişaf vektorlarına baxır”.

Bunu Publika.az-a açıqlamasında politoloq Əhməd Əlili deyib.

Politoloq bildirib ki, Rusiya Çinlə bağlı məsələlərdən sonra bir sıra region ölkələri aktivliyini artırmaq istəyir:

“Bu məqamda Çinə baxan ölkələr də var. Eyni zamanda, Rusiya ilə balans yarada biləcək istiqamətdə - Xəzərin qərb hissəsinə baxan ölkələr də mövcuddur. Burada yenə də Azərbaycan və Türkiyə tandemi nəzərə çarpır. 2020-ci il Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyə tandemi özünü təsdiqlədi. Ona görə də Mərkəzi Asiya ölkələri bu istiqamətə meyl göstərir. Hesab edirəm ki, Azərbaycan Prezidentinin Qazaxıstan və Qırğızıstana səfəri region üzrə artan intensivliyin tərkib hissəsidir. Azərbaycan Prezidenti bu vaxta qədər Özbəkistana səfər edib. Eyni zamanda, Qazaxıstanın dövlət başçısının Azərbaycana səfəri baş tutub. Aydın şəkildə hiss olunur ki, ortada diplomatik aktivliklər var. Bir müddət sonra bu diplomatik aktivlik daha ciddi iqtisadi məsələlərə transformasiya edə bilər”.

D
demokrat.az