Sosial

Bu həkimlərin maaşlarına əlavənin müddəti uzadıldı

Bu həkimlərin maaşlarına əlavənin müddəti uzadıldı

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.

Demokrat.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavə 2022-ci il noyabrın 1-dək veriləcək.

Əvvəl bu müddət 2022-ci il sentyabrın 1-dək müəyyən edilmişdi.

D
demokrat.az