"Biz həm hərbi, həm də diplomatik müstəvidə uğurlar qazanmışıq. Lakin tədbirlərdə çıxışlar zamanı da qeyd olundu ki, beynəlxalq hüquqda boşluqlar var".
Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Xalq Partiyasının (AXP) sədri, Azərbaycanın sabiq Baş naziri Pənah Hüseyn deyib.
"Təəssüf ki, beynəlxalq hüquq müstəvisində bu uğurlardan danışa bilmirik. Təklif edərdim ki, bu mövzuda beynəlxalq konfrans təşkil olunsun və xarici tarixçilər, jurnalistlər də bura dəvət olunsun. İlk olaraq Bakıda və Ankarada bu konfrans təşkil oluna bilər. Mütəxəssislər, siyasətçilər, tarixçilər, jurnalistlər dəvət edilsin. Ən azı ilk növbədə Türk Dövlətləri Təşkilatının nümayəndələrini dəvət edə bilərik”.
AXP sədri qeyd edib ki, beynəlxalq hüquq böhran keçirir:
“Ukraynada bunu canlı olaraq görürük. Düşünürəm ki, yaxın gələcəkdə bu istiqamətdə vəziyyət daha da pisləşəcək. Ermənilərin yenidən strategiya dəyişikliklərini müşahidə edirik. Biz də uyğun olaraq, buna qarşı cavab tədbirlərinə hazır olmalıyıq”.
Aynurə Demokrat.az


