İdman

AVRO-2024: Millimizin rəqibləri müəyyənləşdi, Türkiyə və Ermənistan eyni qrupda

AVRO-2024: Millimizin rəqibləri müəyyənləşdi, Türkiyə və Ermənistan eyni qrupda

Almaniyanın Frankfurt şəhərində 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Demokrat.az xəbər verir ki, "Festhalle" sərgi mərkəzində keçirilən tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. Canni De Byazinin baş məşqçi olduğu kollektiv Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq. Türkiyə millisi Ermənistanla birlikdə D qrupunda çıxış edəcək. Bu qrupda həmçinin Xorvatiya, Uels və Latviya milliləri də mübarizə aparacaq. Qeyd edək ki, seçmə mərhələdə qruplarda ilk iki pilləni tutan milli komandalar birbaşa AVRO-2024-ün final mərhələsinə vəsiqə əldə edəcək. Qalan 3 vəsiqə isə seçmə mərhələdə öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-offa vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq. Almaniya yığması ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə qazanıb. Bundestim A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənarda qalacaq. A qrupu İspaniya Şotlandiya Norveç Gürcüstan Kipr B qrupu Niderland Fransa İrlandiya Yunanıstan Cəbəllütariq C qrupu İtaliya İngiltərə Ukrayna Şimali Makedoniya Malta D qrupu Xorvatiya Uels Ermənistan Türkiyə Latviya E qrupu Polşa Çexiya Albaniya Farer adaları Moldova F qrupu Belçika Avstriya İsveç Azərbaycan Estoniya G qrupu Macarıstan Serbiya Monteneqro Bolqarıstan Litva H qrupu Danimarka Finlandiya Sloveniya Qazaxıstan Şimali İrlandiya San Marino I qrupu İsveçrə İsrail Rumıniya Kosovo Belarus Andorra J qrupu Portuqaliya Bosniya və Herseqovina İslandiya Lüksemburq Slovakiya Lixtenşteyn

D
demokrat.az