Region

Türkiyədən PKK-ya böyük zərbə — "Tibb komitəsi"nin rəhbəri öldürüldü (FOTO)

Türkiyədən PKK-ya böyük zərbə — Tibb komitəsinin rəhbəri öldürüldü (FOTO)

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Qara bölgəsində əməliyyat keçirib.

Demokrat.az xəbər verir ki,əməliyyat zamanı PKK/KCK-nın sözdə "tibb komitəsi" zabiti Kendal Pirsus kod adlı Ökkeş Deveri vğ mühafizəçisi zərərsizləşdirilib. Etibarlı mənbələrdən verilən məlumata görə, Deveri universitetdə tibbi təhsil aldığı illərdə təşkilatın şəhər strukturunda xidmət edib.

Deveri təhsilini yarımçıq qoyaraq, 2010-cu ildə PKK-nın kənd kadrlarına qatılaraq Qəndilə köçüb.

Deveri 2021-ci ildə təşkilatın rəhbərliyi tərəfindən Şimali İraqın Qara bölgəsində "qondarma" tibb komitəsinin əməkdaşı təyin edilib. MİT-çilərin təqib etdiyi Deveri və PKK-nın xüsusi təyinatlısı adlandırılan Kemal Pir kod adlı Kayhan Kartal Şimali İraqın Qara bölgəsində keçirilən nöqtə əməliyyatında zərərsizləşdirilib.

Türkiyədən PKK-ya böyük zərbə — Tibb komitəsinin rəhbəri öldürüldü (FOTO)

Jalə Demokrat.az

D
demokrat.az