"Azərişıq" ASC və Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə bu gün Füzuli, Hadrut və Şuşaya səfər edən jurnalistlər üçün müsabiqə elan olunub.
Demokrat.az xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlaması zamanı Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli deyib.
O, bildirib ki, saytlar və qəzetlərdən seçilən ən yaxşı 5 köşə yazısı, telekanallarda hazırlanan 3 ən yaxşı videoreportaj qalib sayılacaq.
"Köşə yazısı üçün 500 söz, telereportaj üçün maksimum 5 dəqiqəlik hədd qoyulub. Müsabiqə materialları oktyabrın 11-dək göndərməlidir. Qaliblərə pul mükafatı nəzərdə tutulur" - deyə şöbə müdiri bildirib.
Zaur Demokrat.az


