Sosial

İstiliklə bağlı tariflər arta bilər? — AÇIQLAM

İstiliklə bağlı tariflər arta bilər? — AÇIQLAM

“Əhali qrupunun sayğaclaşdırılması hazırda gündəmimizdə deyil, gələcəkdə bəlkə gündəmə gələ bilər”.

Demokrat.az xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov deyib.

“Bizim gündəmimizdə tariflər məsələsi də yoxdur. Onun dəyişdirilməsi bizim səlahiyyətimizdə deyil. Bu məsələyə Tarif Şurası baxa bilər. İstilik dağ rayonlarına 1 noyabrdan, digər ərazilərdə isə 15 noyabrdan veriləcək”.

Qeyd edək ki, bir kvadratmetr yaşayış yeri üçün istilik xidmətinin qiyməti əhali qrupuna 15 qəpik, qeyri-əhali qrupu üçün 25 qəpik müəyyənləşib /oxu.az

D
demokrat.az