Messi iyulda "Barselonaya" qayıdacaq
Demokrat.az xəbər verir ki, bu barədə argentinalı jurnalist Veronika Brunati sosial şəbəkədə məlumat verib.
O, Messinin iyulun 1-də kataloniyalılarla müqavilə imzalayacağını açıqlayıb.
Daha əvvəl media Messinin "Barselona" rəhbərliyi ilə qayıtması barədə danışdığını, lakin Qətərdəki dünya çempionatından sonra qərar verəcəyini vəd etdiyini yazmışdı. Messinin 2021-ci ilin yayında qoşulduğu PSJ ilə müqaviləsi bu mövsümün sonunda başa çatır. Eyni zamanda, Fransa klubu artıq 35 yaşlı argentinalı ilə müqaviləni uzatmaq istədiyini açıqlayıb.
Jalə Demokrat.az


