Sosial

"Tələbələrin 70 faizi ödənişli əsaslarla təhsil alır" - Nazir müavini

Tələbələrin 70 faizi ödənişli əsaslarla təhsil alır - Nazir müavini

“Azərbaycanda hər il sistemə daxil olan sağlamlıq imkanları məhdud uşaqların sayı artır”.

Bunu təhsil nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, 2015-ci ildə orta və ali ixtisas təhsili müəssisələrinə sağlamlıq imkanları məhdud olan 660 uşaq qəbul olmuşdusa, 2016-cı ildə bu göstərici 1019 olub: “Yəni burada 54 faiz artım müşahidə olunub. 2017-ci ildə bu göstərici 24 faiz artaraq 1258 nəfər, 2018-ci ildə isə 20 faiz artaraq 1500-ə qədər çatıb. Bu artım onu göstərir ki, təhsil əlçatandır”.

Nazir müavini bildirib ki, Azərbaycanda orta və ali təhsil müəssisələrində təhsil alanların sayı, təxminən, 225 mindir: “Onların da 70 faizi ödənişli əsaslarla təhsil alır”. (“Report”)

Demokrat.Az

D
demokrat.az