Hadisə

Ələt yolunda ağır qəza — ölənlər və yaralılar var

Ələt yolunda ağır qəza — ölənlər və yaralılar var

Ələtdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az apa-ya istinadən xəbər verir ki, qəza Bakı-Qazax magistralının 57-ci kilometrliyində qeydə alınıb. Belə ki, yük avtomobili “Mercedes Vito” markalı mikroavtobusa arxadan çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

D
demokrat.az