Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) bir neçə kadr dəyişikliyi edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, SOCAR-ın Fontana Qarşı dağmədənxilasetmə hərbiləşdirilmiş hissəsinin rəisi Aqil Məmmədov və “Kompleks qazma işləri” trestinin müdiri İskəndər Şirəli tutduğu vəzifələrdən azad ediliblər.
İmzalanan digər əmrlə İskəndər Şirəli SOCAR-ın Fontana Qarşı dağmədənxilasetmə hərbiləşdirilmiş hissəsinin rəisi təyin olunub.
Aqil Məmmədov isə hələlik heç bir vəzifəyə təyin edilməyib.
Xəbəri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidməti də Demokrat.az-a təsdiqləyib.
Zaur Hacılı Demokrat.az


