Hadisə

Sumqayıtda yanğın oldu, 12 nəfər təxliyə edildi

Sumqayıtda yanğın oldu, 12 nəfər təxliyə edildi

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik sayğacı, qoruyucu açar və 6 p.m elektrik kabeli yanıb.

Demokrat.AzFHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Demokrat.Az

D
demokrat.az