Sentyabrın 8-də dünyasını dəyişən Böyük Britaniya kraliçası II Elizabetin dəfn yerinin ilk fotosu yayılıb. Kraliça valideynlərinin, ərinin və bacısının yanında, Vindzor Sarayındakı VI Georq Memorial Kapellasında dəfn edilib.
Demokrat.az xəbər verir ki, kral ailəsinin rəsmi "Twitter" hesabında məzar daşının fotosu paylaşılıb.
"Əlahəzrət Kraliça II Elizabet dəfn edildikdən sonra Kral VI Georginin xatirə kapellasında məzar daşı qoyulub. Kral VI Georginin xatirə kapellası Vindzordakı Müqəddəs Georgi kapellasının divarları arasında yerləşir", deyə mesajda deyilir.



