"Azəriqaz" İB-nin yeni internet saytı istifadəyə verilir.
Demokrat.az xəbər verir ki, "Azəriqaz" İB-nin İdarə Heyətinin iştirakı ilə saytın təqdimat mərasimi keçirilib.
Təqdimat zamanı birliyin rəsmi internet saytının fərqli tərtibatda və geniş formatda yenidən işlənərək hazırlandığı diqqətə çatdırılıb.
Bildirilib ki, abonentlərin məlumat və qərarları daha rahat şəkildə əldə etməsi üçün yeni sayt sadə və interaktiv formada hazırlanıb.



