Artıq bir neçə gündür ki, özünü "hüquq müdafiəçisi" adlanandıran Mirvari Qəhrəmanlı SOCAR-a qarşı tənqid və qarayaxma kampaniyasını davam etdirir.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında bunun ədalətli yanaşma olmadığını bildirib:
“SOCAR Azərbaycanın neft–qaz sektoru üzrə ixtisaslaşmış ən böyük şirkətidir. Minlərlə vətəndaşımızı yüksək əməkhaqqı ilə işlə təmin edir. Çoxsaylı sosial layihələr həyata keçirir. Ölkəmizdə vergi ödəmələri göstəricilərinə görə isə ön sıralardadır. Eyni zamanda, Azərbaycanda və ondan kənarda investisiya proqramları həyata keçirir.
SOCAR eyni zamanda öz sahəsində ökləmizin rəqabət qabiliyyətli milli brendlərindən biridir. Hazırkı mərhələdə isə bu şirkətdə yeni islahatlar və şəffaflıq mərhələsi başlayıb. Bütün bunlarla yanaşı, SOCAR daima öz işçilərinin sosial rifahının yaxşılaşdırılması və onların əmək hüquqlarının qorunması istiqamətində xüsusi fəaliyyət həyata keçirir. Ona görə də, bu milli şirkətimizi neftçilərin hüquqlarını məhdudlaşdırmaqda ittiham etmək doğru hesab edilə bilməz!”.
Aynurə Demokrat.az


