Hadisə

Abşeronda Filippin vətəndaşı hamamda ölüb

Abşeronda Filippin vətəndaşı hamamda ölüb

Abşeron rayonunda Filippin vətəndaşı hamamda ölüb.

Demokrat.az xəbər verir ki, hadisə sentyabrın 20-də rayonun Saray qəsəbəsi, Təzə Məhəllə yaşayış massivində qeydə alınıb.

Belə ki, Azərbaycan ərazisində müvəqqəti yaşayış icazəsi olan - Filippin vətəndaşı, 1951-ci il təvəllüdlü Tongol Anthony Cunanan yaşadığı evin hamam otağında qəflətən halı pisləşərək vəfat edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. /report

D
demokrat.az