“Mağazalarda tez-tez uşaqların marağına səbəb olan müəyyən kartlara rast gəlmək mümkündür. Təəssüf ki, həmin kartların alıcıları da az deyil”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında sosioloq Aynur Hacıyeva deyib. Sosioloq bildirib ki, valideynlər bu məsələdə son dərəcə ehtiyatlı olmalıdırlar:
“Bu kartlar uşağın hər hansı oyun oynayıb, zaman keçirtməyindən əlavə gələcəkdə onlarda pis vərdişlərin yaranmasına gətirib çıxara bilər. Açıq desek, bu cür kartların satışı qumar oyunlarının təbliği kimi qiymətləndirilir. Deyə bilmərik ki, hər zaman belədir.Uşağın kartla oynamağı o demək deyil ki, həmin uşaq gələcəkdə mütləq şəkildə qumar aslılığından əziyyət çəkəcək. Amma, bu kartların tamamilə zərərsiz olduğunu da deyə bilmərik. Vaxtının çox hissəsini həmin kartlarla oynamağa sərf edən uşaqda kart oyunlarına qarşı maraq və vərdiş yarana bilər”.
Aynurə Demokrat.az


