Gündəm

"Sənan, səndən üzr istəyirəm, göz yaşını gizləmə"

Sənan, səndən üzr istəyirəm, göz yaşını gizləmə

Xalq artisti Brilliant Dadaşova Ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovla bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, sənətçi şəhidqardaşından “Komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunmasıyla bağlıaçıqlamasından sonratəkzib videosu yayılan Sənan haqda bunları yazıb:

"Sənan Əhmədov, səndən üzr istəyirəm. Allahdan sənə səbr diləyirəm. Bağışla ki, öz körpə balasını, ciyər parasını zəhərləyib boğan ana ilə bir cəmiyyətdə yaşayırıq. Bağışla ki, 9 yaşlı Nuranəni yandıraraq öldürən, 14 yaşlı Elinanını həyatından bezdirən bəzi insanlarla eyni soyu daşıyırıq. Qorxulu dünyada yaşayırıq. Sən başını uca tut! Göz yaşını gizləmə, heç kəsdən də üzr istəmə".

Qeyd edək ki, daha əvvəl məsələ ilə bağlı digər məşhurlarımız dapaylaşımetmişdilər. Baş Prokurorluqisə məlumat yayaraq hadisənintəqsirkarlarının məsuliyyətə cəlb ediləcəyini bildirmişdi.

D
demokrat.az