12-14 sentyabr 2022-ci il tarixlərində Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı toqquşmalardan sonra tərəflər arasında atəşkəs razılığıəldə olunub. Artıq 3 gündür ki, atəşkəs razılaşmasına riayətolunur. Bununla belə sərhəddə təhlükənin aradan qalxmadığı, vəziyyətin gərgin olduğu deyilir. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq, yenidən təxribataəl atacağı da istisna edilmir.
Məsələ ilə bağlıModern.az-adanışanhərbi ekspert Üzeyir Cəfərovbildirib ki, atəşkəs haqqında razılaşma xəbəriRusiyadan verilib. Ötən gün Səmərqənd sammitində çıxış edən ölkə başçısı dedi ki, Ermənistan tərəfi atəşkəsə iki gündür əməl edir. Lakin, ermənilərin öhdəliyə sonadək riayət edəcəyinə zəmanət vermək mümkün deyil.
Ekspert hesab edir ki, sərhəddəki toqquşmalardan sonra döyüşün dayandırılması Ermənistanın çoxsaylı itkilər verməsi ilə əlaqədardır. Onun sözlərinə görə, rəsmi olaraq atəşkəs haqqında elan verilməyib. Bu baxımdan o, atəşkəsin uzun çəkməyəcəyini söyləyib:
“Şəhidlərimizin sayı 79-a çatıb. Yaralananların sayı isə 282 nəfərdir. Müdafiə Nazirliyinin məlumatına görə, onlardan 115-nin vəziyyəti kafidir, 43 nəfər isə ordu sıralarınageri qayıdıb. 103 nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti daha ağırdır. Həmin 21 yaralı arasındaola bilsin ki, dünyasını dəyişənlər də oldu.Güllə və qəlpə yaraları özfəsadlarını 12 gün ərzindəgöstərir. Yenə deyirəm, Allah qorusun! Ancaq yaralılardan dünyasını dəyişənlər ola bilər. Hər halda dua edək ki, onlara heç nə olmasın”.
Ekspert Azərbaycan Ordusunun humanist davranışını xatırladaraqki, hərbçilərimizin yaralı erməni əsgərə tibbi yardım etdiyini sözlərinə əlavə edib:
“Yaralıerməni əsgərinə yardım göstərilməsini əks etdirən video yayılıb.Bu elə-belə deyil. Düşmən başa düşməlidir ki, hətta onun əsirləri, eyni zamandadöyüş meydanındakı yaralıları ilə Azərbaycan humanist davranır vəbeynəlxalq hüquq çərçivəsində addım atır. Eyni addımı biz Ermənistan tərəfindən gözləyirik”.
Hərbi ekspert hesab edir ki, Azərbaycan-Ermənistan sərhədində sabit vəziyyətuzun sürməyəcək:
“Mən indiki sakitliyindavam edəcəyini düşünmürəm. Çünki Ermənistanahavadarlıq edənlərin İrəvana səfərləri başlayır. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosibu gün İrəvana gəlib. O, Paşinyana dəstəyiniçatdıracaq. Həmçinin digər gələnlər də. Bir sözlə, vəziyyət hələ gərgin olaraq qalır. Həm də Paşinyanın sakitləşməsi gözlənilmir. Çünki Paşinyana itirdiyi mövqeləri geri qaytarmaq lazım gələcək.O hansısa uğur qazanaraq, Azərbaycan Ordusunu cəzalandırdığını daxili auditoriyaya göstərməyə çalışacaq. Biz isə öz növbəmizdə Rusiyanın, eləcə dəAmerikanın vədlərinəinanmamalıyıq. Bir həftə, on gün xalqımız və Ordumuzayıq-sayıq olmalıdır. Düzdür, başımız şanlı şəhidlərimizin dəfninə, yaralılarımızın müalicəsinəqarışıb. Unutmayaq ki,zabit və əsgərlərin cəmləşdiyimövqelərə düşmənin xain hücumları davam edəcək. Onlar bu hücumları həm artilleriyadan, həm də minaatanlardan edəcəklər”.
Xatırladaq ki, sentyabrın 13-də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri Ermənistan ordusunun mövqelərindən atəşə tutulmuş, nəticədə genişmiqyaslı təxribat törədilmişdi. Bu döyüşlərdə Azərbaycan tərəfi 79şəhid verib. Ermənistanın isə rəsmi məlumata görə, 135 hərbçisi ölüb. Sentyabrın 14-ü axşam saatlarında atəşkəslə bağlı razılıq əldə olunub.


