Siyasət Özəl

İqbal Ağazadə: “Biz bəzən özümüz-özümüzü aldadırıq ki, Paşinyan yaxşıdır”

İqbal Ağazadə: “Biz bəzən özümüz-özümüzü aldadırıq ki, Paşinyan yaxşıdır”

Azərbaycan-Ermənistan sərhədində baş verən qanlı döyüşlər Ermənistanda siyasi gərginlik dərəcəsini bir qədər də artırıb. Ötən gün Ermənistanın baş nazirinin Azərbaycanla sənədlər imzalamağa hazır olduğu barədə çıxışı ölkədə izdihamlı nümayişə səbəb oldu. Bəs, Paşinyan bu dəfə devrilə bilərmi?

Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə Demokrat.az-a açıqlamasında bildirib ki, bu, Ermənistan xalqının seçimidir:

“Bu, Ermənistan xalqının haqqıdır və kimi istəyər onu da hakimiyyətə gətirər. Biz öyrəşməliyik. Yəni, əgər xalq Köçəryanı istəyirsə, eyvallah gətirsin. Məsələ budur ki, istər Paşinyan olsun, istər Köçəryan olsun, istərsə də Sarkisyan olsun, Azərbaycana münasibət dəyişəsi deyil. Hər bir dönəmdə Azərbaycana münasibətdə siyasət elə olduğu kimi də davam edəcək. Biz bəzən özümüz-özümüzü aldadırıq ki, Paşinyan yaxşıdır, Köçəryan pisdir. Köçəryan yaxşıdır, Sarkisyan pisdir. Elə şey yoxdur!”.

Sabiq deputat iki ölkə arasında sülh müqaviləsinin baş tutub-tutmayacağı ilə bağlı fikirlərini də bölüşüb:

“Təbii ki, hər şey ola bilər”.

Aynurə Demokrat.az

D
demokrat.az