Sosial

Adı bu gün açıqlanan iki şəhidimiz... — FOTO

Adı bu gün açıqlanan iki şəhidimiz... — FOTO

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən şəhid olan daha 2 hərbçimizin adını açıqlayıb, bununla da şəhidlərin sayı 79-a çatıb.

Demokrat.az xəbər verir ki, şəhidlərdən biri - baş leytenant Nәcәfzadә Hüseyn Abbasqulu oğludur. O, 11 oktyabr 1997-ci ildə dünyaya gəlib.

Digər şəhid Omarov Eşqin Nәsib oğlu 10 iyul 2003-cü il təvəllüdlür. Bu gün Baş Prokurorluq Eşqin Omarovun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olduğunu açıqlayıb. Daha sonra Müdafiə Nazirliyi hərbçimizə şəhid statusunun verildiyini bəyan edib.

Allah rəhmət eləsin!

D
demokrat.az