İdman

“Neftçi” “Səbail”ə qalib gələrək liderliyə yüksəldi

“Neftçi” “Səbail”ə qalib gələrək liderliyə yüksəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

“Neftçi”“Asco Arena”da “Səbail”in qonağı olub. Görüş “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər iki qol ikinci hissədə vurulub. 53-cü dəqiqədə Emin Mahmudov, 83-cü dəqiqədə isə Gilyerme Pato fərqləniblər.

Bu nəticədən sonra xallarını 18-ə çatdıran “Neftçi”ilk pilləyə yüksəlib. 5 xalı olan “dənizçilər”isə 7-ci sırada qalıb.

Turun açılış matçında “Sabah”evdə “Turan Tovuz”u 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, sentyabrın 17-də “Qəbələ”- “Sumqayıt”oyunu, bir gün sonra isə “Kəpəz”- “Şamaxı”və “Zirə”- “Qarabağ”matçları baş tutacaq.

Demokrat.az

D
demokrat.az