Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı SOCAR-ı “vurmaq” kampaniyasına yenidən başlayıb. Bütün diqqətin sərhəddəki döyüşlərdə olduğu vaxt bu məsələdən niyə yazırıq sualı yarana bilər. Cavab da əslində elə hər kəsin diqqəti Vətən uğrunda mübarizəyə yönəldiyi vaxt M.Qəhrəmanlının SOCAR-da əmək haqlarının artırılması məsələsini yenidən gündəmə gətirməsidir.
Yersiz zamandır, eyni zamanda, yersiz yanaşmadır, lakin səbəbsiz deyil.
Məlumatlara görə, M.Qəhrəmanlı SOCAR-ın əvvəlki rəhbərliyi ilə daha yaxın münasibətlərə malik idi, tənqidlərinin əvvəlki dövrdə olmaması, yaxud bu qədər davam etməməsi də bundan qaynaqlanırdı. Dövrü mətbuatda yayılan informasiyaların ümumi məğzi belə idi ki, xanım hüquqşünasın vaxtilə SOCAR-a qarşı tənqidləri “haqq” almaq məqsədi daşıyırmış, bunu aldıqdan sonra da tənqidlərinə ara verib.
Bəs indi niyə yenidən start götürüb?
Səbəb aydındır. SOCAR-da rəhbərlik dəyişdikdən sonra görünür M.Qəhrəmanlının “haqqı” çatdırılmır, o da əvvəlki təcrübəsinə əsaslanaraq, “hücum edib, payımı alım” prinsipindən çıxış edir.
Bu, xanım hüquq müdafiəçisinin öz marağını təmin etməyə hesablanıb. Lakin bu hücumlarda maraqlı olan təkcə M.Qəhrəmanlı yox, həm də əvvəlki rəhbərliyin dövründə qurumda müxtəlif yollarla vəzifə sahibi olmuş müxtəlif şəxslər, qruplaşmalar özlərini qorumaq üçün yeni rəhbərliyi “vururlar”.
Çünki yeni rəhbərlik sələflərindən qalan bu “mirası” təmizləmək istiqamətdə qətiyyətli addımlar atır. SOCAR-da ciddi şəffaflaşma prosesi həyata keçirilir. Əvvəlki dövrdə müxtəlif yollarla qurumda vəzifə sahibi olanlar M.Qəhrəmanlı və onun kimilər vasitəsilər rəhbərliyi hədəfə alır, qarayaxma kampaniyası aparırlar. Bununla həm diqqəti özlərindən yayındırır, həm də yeni rəhbərliin təmizləmə addımlarına mane olur.
Bu ssenaridə M.Qəhrəmanlı kimi hüquq müdafiəçiləri və bəzi media orqanları rupor rolunda çıxış edirlər. Məlumatlara görə, SOCAR içində əvvəlki dövrdən qalan qruplaşmalar qurumun əvvəlki rəhbərliyinin mexanizmini davam etdirmək, bununla özlərini qorumağa çalışır. Bu mexanizm belə idi ki, milyonlarla vəsait media və hüquq müdafiəçilərindən ibarət dəstəyə sərf edilirdi və onlar vasitəsilə təbliğat aparılır, tənqidçilər susudurulurdu. Yeni rəhbərliyi əsas fəaliyyət istiqamətlərindən biri də qanunsuz olaraq bu dəstəyə ayrılan milyonlarla vəsaiti dayandırmaq, buna paralel olaraq, mənimsəmə, korrupsiya kimi qanunsuzluqları aradan qaldırmaqdır.
M.Qəhrəmanlı kimilərin yer aldığı dəstə bundan narahatdır və hücumlarla yeni rəhbərliyin geri çəkiləcəyini, əvvəlki mexanizmin davam etdiriləcəyini düşünürlər. SOCAR daxilində də bunda maraqlı olanlar var.
Gələk, Qəhrəmanlının hücumunun məğzini təşkil edən yüksək əmək haqqı məsələsinə.
Hüquq müdafiəçisi deyir ki, SOCAR-da niyə əmək haqları qaldırılır?!
Bəllidir ki, daha az əmək haqqı qanunsuz fəaliyyətləri, korrupsiyanı və mənimsəməni də stimullaşdırır. Bu, bütün ölkələrdə və bütün dövrlərdə belə olub. Amma yüksək əmək haqqı alan insan qanunsuz əməllərə meyl etmir, çünki ehtiyacı olmur. İndi Qəhrəmanlı kimi müdafiə edir, nəyə nail olmaq istəyir? Korrupsiyanın, mənimsəmənin davam etməsinə, yoxsa şəffaflığın təmin edilməsinə.
Özünü neftçilərin hüquqlarının müdafiəçisi kimi təqdi edən bu xanımın apardığı kampaniyanın neftçilərə yox, əvvəlki dövrdən qalan qruplaşmalara sərf etdiyi də ayrı bir həqiqətdir. Göründüyü kimi, məsələ SOCAR-da nələrinsə yolunda getməməsi yox, Qəhrəmanlı və onun kimilərin, eləcə də onun kimlərin təmsil olunduğu dəstənin arxasında dayananların oyunudur.
Zaur Hacılı Demokrat.az


