Siyasət Özəl

“Paşinyana başa salırlar ki, bu oyun Rusiyanın xeyrinə deyil” — TƏHLİL

“Paşinyana başa salırlar ki, bu oyun Rusiyanın xeyrinə deyil” — TƏHLİL

“Nikol Paşinyan öz xalqından qorxur. İş orasındadır ki, vaxtilə səmimi şəkildə Paşinyan və onun rəhbərlik etdiyi partiya xalqla, cəmiyyətlə kommunikasiyanı normal şəkildə qura bilməyib və reallıqları izah edə bilməyib. Münaqişə reallıqlarını izah edə bilmədikləri üçün cəmiyyətdə qorxu, xof yaranıb. Gələcək nə olacaq? Hansı proseslərin getdiyini real olaraq onlar bilmirlər. Azərbaycanın nə istədiklərini bilmirlər”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Politoloq əlavə edib ki, Paşinyan müxtəlif yollarla, bəhanələrlə bu açıq söhbətlərdən qaçıb və cəmiyyətdə də qeyri-müəyyənlik yaranıb:

“Məsələn, Zəngəzur dəhlizi ilə bağlı bunlar həmişə deyirdilər ki, bəli biz kommunikasiyalar açacağıq, amma Zəngəzur dəhlizini biz reallaşdırmağa qoymayacağıq. Bu, nə deməkdir? Zəngəzur dəhlizin açılması elə kommuniksiyaların açılması deməkdir, yəni açıq şəkildə bunu izah etmirdilər. Müxalifət də bundan istifadə edirdi, deyirdi ki, baxın bizim hakimiyyətimiz xalqdan real şeyləri gizədir. Xalq da hiss edirdi ki, doğurdan da bu ikibaşlı bir siyasətdir. Bir tərəfdən sən hansısa sənədlərə qol çəkirsən, digər tərəfdən deyirsən ki, yox mən bunu etməyəcəm. Müxtəlif mənbələrdən insanlar fərqli fikirlər alırdılar. Ona görə də, növbəti məğlubiyyətdən istifadə edərək cəmiyyət qalxıb. Ümumiyyətlə, bu provakasiya Paşinyan üçün özü-özlüyündə lazımsız, gərəksiz bir şey idi. Ona görə də, səriştəsiz işlər görürlər. Onlar hesablanmayıblar ki, bunların növbəti fiaskosu daxili siyasətə mənfi təsir göstərəcək”.

“Təcrübə də göstərir ki, hər zaman bunlar hərbi məşğlubiyyətlə üzləşdikdə daxili siyasi vəziyyət gərginləşir. Yaxşı, bu, bilmirdi ki, növbəti fiasko olacaq? Digər tərəfdən isə Paşinyan xaricdən heç bir dəstək almayıb. Yeri gəlmişkən, Rusiyanın özündən belə, dəstək almır. Yəni, Rusiyadan açıq dəstək almayıb, KTMT-dən dəstək almadı. Qazaxıstanda bizim dostlarımız var, onlar anti-Azərbaycan qətnaməsini bloka salıblar, qoymayıblar keçsin. Digər tərəfdən Ermənistan tərəfi rəsmi şəkildə Rusiyaya da müraciət edib. 3 gün bundan qabaq onların Təhlükəsizlik Şurası rəsmi olaraq Rusiyaya müraciət edib. Bizə dəstək olmalısınız! 3 gün keçib, artıq bu gün 4-cü gündür və Rusiyadan heç bir dəstək yoxdur. Rusiyanın heç bir hərbi strukturunun nümayəndələri, hərbiçiləri bu ərazidə peyda olmayıblar”. Politoloq ermənilərin yaydığı kadrlara da münasibətini bildirib:

“Ermənilər kadrlar yayırkar guya ki, FSB-nin obyekti zədələnib. Amma mən düşünürəm ki, burada provakasiya ola bilər. Baxın ki, FSB-dən heç bir reaksiya yoxdur. Təsəvvür edin ki, FSB-nin obyekti zədələnib, darmadağın olub və FSB-dən Azərbaycana heç bir reaksiya yoxdur. Bu, nə deməkdir? Bu, o deməkdir ki, Paşinyana başa salırlar ki, bu oyun bizim xeyrimizə deyil. Aparılan oyun Rusiyanın xeyrinə deyil. Rusiya Zəngəzur dəhlizi açmaq istəyir, Türkiyə mal ötürmək, Türkiyədən mal gətirmək üçün. Rusiyanın öz maraqları var və növbəti gərginlik onların marağında deyil. Paşinyanın sərsəm açıqlamaları oldu ki, mən Zəngəzur dəhlizinə imkan verməyəcəm. Sən kimsə ki, axı imkan verməyəsən? Ona görə düşünürəm ki, bu məsələdə Azərbaycan yenə də öz güclü tərəfini göstərib. Burada, eyni zamanda diplomatik uğurlarımız da önəmlidir. Avropada, ABŞ-da onlardan savayı heç kəs dəstək vermir. O siyasətçilər də diaspora ilə işləyən adamlardır. Erməni pulunu mənimsəyən insanlardır ki, onlar indi göstərirlər ki, bu pulları nahaqdan yemirlər. Ona görə də, çıxış edirlər, ancaq əsas aparıcı qüvvələr heç biri Ermənistanı açıq şəkildə dəstəkləmir”. Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az