Gündəm Özəl

"Təxribatlar Ermənistanın sonunu yaxınlaşdırır” — Deputat

Təxribatlar Ermənistanın sonunu yaxınlaşdırır” — Deputat

“Tarix boyu ermənilər terrorçu, təxribatçı bir xalq kimi tanınıblar. Bu terror və təxribatların da ən çoxu türklərə qarşı, müsəlmanlara qarşı olub. 44 günlük Vətən müharibəsindəki qələbəmizlə biz erməni hərbiçilərini, onun havadarlarını da məhv etdik. Erməni həmişə kimə arxayın olub? Erməni diasporuna, erməni lobbisinə və onu müdafiə edən xristian dövlətlərinə. Bu gün o dövlətlər Azərbaycanın gücünü hiss edir, eyni zamanda bu gün Azərbaycan da tək deyil”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

“Bu gün Azərbaycan öz haqq işini tək müdafiə etmir, bu gün haqqı sevən nə qədər dövlətlər var, o dövlətlər də Azərbaycanın yanındadır. Eyni zamanda, dünənə qədər Ermənistana hər cür yardım göstərənlərin də böyük əksəriyyəti öz səhvini başa düşür. Bu dövlətlər içərisində hətta müsəlman olan dövlətləri də olub. Ancaq artıq bu gün onlar o yanlış hərəkətlərini davam etdirmirlər. Bu gün onlar da Azərbaycanın yanındadır”.

Deputat əlavə edib ki, erməni bu təxribatı ilə heçnəyə nail ola bilməz, əksinə təxribatlar Ermənistanın sonunu yaxınlaşdırır:

“Bəli, Şərqi Zəngəzur olduğu kimi Qərbi Zəngəzur da var. Biz öz ərazi bütövlüyümüzü qoruyub, müdafiə edirik. Əgər düşmən hələ də bu ərazilərlə bağlı bədnam düşüncə sahibidirsə, onun cəzası ağır olacaq. Necə ki, ağırdır. Düşmən amansız, qəddar olduğu qədər də hiyləgərdir və hər cür dona girə bilir. Ancaq bu, artıq bizi aldada bilməz. Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan 44 günlük qələbədən sonra çıxışlarının birində deyirdi: “Zaman gələcək, Azərbaycanla Ermənistan arasında səmimi münasibətlər yaranacaq, yaranmalıdır. Ancaq ermənilərin bizə qarşı törətdiklərini biz heç vaxt yadımızdan çıxartmayacağıq və çıxartmamalıyıq!” Bəli, biz artıq erməniləri tanıyırıq və onların qəddar simaları bizə tanışdır. Biz heç vaxt onları bağışlamayacağıq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az