Region

İran XİN Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib

İran XİN Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib

İran Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib.

Demokrat.az-ın xəbərinə görə, bu barədə nazirliyin rəsmi nümayəndəsi Naser Kənani açıqlama verib.

N.Kənaninin sözlərinə görə, sərhəddəki hansısa dəyişiklik İran üçün qəbuledilməzdir:

“Biz hadisələri yaxından izləyirik. Hər 2 ölkənin ərazi bütövlüyünə hörmət edilməsi vacibdir. Rəsmi Tehran 2 ölkə arasında mübahisələrin həlli üçün hər cür yardım göstərməyə hazırdır”. /report

D
demokrat.az