11 sentyabr 2022-ci il tarixində Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən “İdman hamı üçün” layihəsi çərçivəsində “Karate hamı üçün” devizi altında kütləvi idman tədbiri təşkil edilmişdir.
Salyan şəhəri Heydər Əliyev küçəsi 107 ünvanında yerləşən Uşaq Əyləncə parkında təşkil edilən kütləvi idman tədbirində uşaq, yeniyetmə və gənclər iştirak etmişlər.
İdmançılar karate idman növü üzrə təcrübəli məşqçi müəllim beynəlxalq dərəcəli hakim, IV Dan Qara Kəmər sahibi Seymur Məmmədovun müşayiəti ilə müxtəlif idman normativlərini yerinə yetirmiş və karate idman növü üzrə nümunəvi çıxışlar nümayiş etdirmişlər.
Sonda müxtəlif idman normativlərində və nümunəvi çıxışlarda fərqlənən idmançılar Salyan rayon Gənclər və İdman İdarəsinin sertifikatları ilə təltif olunmuşdur.
Kütləvi idman tədbirinin təşkilində əsas məqsəd uşaq , yeniyetmə və gənclər arasında idmana marağın artırılması və sağlam həyat tərzinin təbliğidir









