İdman

Ülvi Qənizadə dünya çempionatının gümüş medalına layiq görüldü

Ülvi Qənizadə dünya çempionatının gümüş medalına layiq görüldü

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

İkinci mərhələdən mübarizəyə qoşulan yunan-Roma güləşçimiz Ülvü Qənizadə (72 kq) qazaxıstanlı İbrahim Məhəmmədovu 4:2 hesabı ilə üstələyib. Təmsilçimiz dörddəbir finalda bolqarıstanlı Deyvid Dimitrovu vaxtından əvvəl məğlub edib - 10:0.

Güləşçimiz yarımfinalda türk Selçuk Canla olduqca gərgin görüş keçirib. Yekunda rəqibinə 4:3 hesabı ilə qalib gələn güləşçimiz adını finala yazdırıb. Ü.Qənizadə həlledici görüşdə serbiyalı Ali Arsalanla üz-üzə gəlib. Rəqibinə məğlub olan güləşçimiz gümüş medalla kifayətlənib.

Daha əvvəl güləşçimiz Eldəniz Əzizli (55 kq) ikiqat dünya çempionu olub.

Demokrat.az

D
demokrat.az