“Son iki aya yaxındır ki, uşaqlar arasında qusma, ishal, temperatur halları geniş yayılıb. Bunun səbəblərindən biri rotavirus infeksiyasıdır. Bu virus bağçada uşaqlar arasında müşahidə olunur. Çünki bu virus oyun zallarında oyuncaqla kontakt zamanı asanlıqla yayıla bilir”.
Bunu Demokrat.az-a açıqlamasında tanınmış pediatr Kənan Qarayev deyib. Həkimin sözlərinə görə, adıçəkilən virus xüsusilə 1 yaşın altında olan uşaqlarda çox fəsadlar verə bilir: 
“Xəstəliyin müalicəsində antiobitik terapiyanın yeri yoxdur. Virus əleyhinə dərmanlardan istifadə olunur və maye balansını bədəndə tənzimləmək lazımdır. Bəzən valideynlər qusan uşaqlara davamlı şəkildə içmə dərmanlar verirlər. Onsuz da qusan uşağa içmə formasında verilən dərmanların faydası yoxdur. Bu baxımdan, səbəbsiz antiobiotik terapiyalıarın və ağız yolla verilən dərmanları vermək məsləhət deyil. Əgər hansısa uşaqda bu hal müşahidə olunarsa, mütləq pediatrla məsləhətləşməli və bundan sonra düzgün qərar qəbul etmək lazımdır”.
Aynurə Demokrat.az


