Hadisə

Vilayət Eyvazov ölən polkovnikin yerinə bu şəxsi TƏYİN ETDİ — FOTO

Vilayət Eyvazov ölən polkovnikin yerinə bu şəxsi TƏYİN ETDİ — FOTO

Daxili İşlər orqanlarında yeni təyinat baş tutub.

Demokrat.az "manset.az"-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis mayoru Güriyel Məmmədov Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin rəisi təyin edilib. O bundan əvvəl adıçəkilən şöbənin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zəka Səfərov bir müddət bundan əvvəl öz xidməti iş otağında ürəktutmasından vəfat etmişdi.

Vilayət Eyvazov ölən polkovnikin yerinə bu şəxsi TƏYİN ETDİ — FOTO

D
demokrat.az