Qubada gecə saatlarında “Niva”nın dərəyə aşması nəticəsində həyatını itirən 34 yaşlı Valid Beydullayev Quba-Xınalıq yolunun kənarında yerləşən istirahət mərkəzlərdən birini idarə edib.
Demokrat.az Bizim.Media-ya istinadən xəbər verir ki, mərhumun və yanındakı sərnişinin meyitlərini avtomaşından çıxarmaq mümkün olsa da “Niva”nı hələ hadisə yerindən çıxarmaq mümkün olmayıb.
Hadisə yerinə texnika cəlb ediləcək.
Dəhşətli qəza Quba-Xınalıq yolunun 37-ci km-də qeydə alınıb.
***
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qrız Dəhnə kəndində qeydə alınıb.
1988-ci il təvəllüdlü Valid Beydullayevin idarə etdiyi “Niva” markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsində sürücü ilə bərabər sərnişin - 1970-ci il təvəllüdlü İlham Əhmədov da dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.


